kriminal.az
İlon Mask: Trampa impiçment elan edilməli, Vens prezident olmalıdır

ABŞ prezidenti Donald Trampa qarşı impiçment elan edilməli və onun yerinə vitse-prezident Cey Di Vens gətirilməlidir.

Kriminal.az xəbər verir ki, bu barədə milyarder İlon Maskın razılaşdığı X-də dərc olunan yazıda qeyd olunub.

"Prezident Elona qarşı. Kim qalib gələcək? Elona mərc edirəm", - yazıda deyilir.

Mask və Tramp arasında münaqişə milyarderin NASA-dakı kadr qərarlarından və prezidentin vergi qanunundan narazı olması səbəbindən başlayıb və bundan sonra onlar şəxsən bir-birlərini tənqid etməyə başlayıblar.

Mürtəza

Kriminal.az

Top
0.056953907012939