kriminal.az
Dodaq boyasını necə düzgün seçmək olar? - Vizajist sirrləri

Dodaq boyasının rənglərinin çeşidləri sadəcə heyrətləndirir.

Kriminal.az Lent.az-a istinadən bu məsləhətləri sizə təqdim edir:

Bugün gözəllik mağazalarının rəflərində nəfəs kəsən yüzlərlə dodaq boyası çaları var. Ancaq bu dekorativ kosmetik vasitəni seçərkən dəri tonuna – isti, soyuq və ya neytral – uyğun olmaq vacibdir. Əks halda, görünüşünüzü poza bilərsiniz.

İsti dəri tonu
İsti dəri tonuna malik olanlar üçün ən uyğunsuz dodaq boyası rəngləri – neytral və ya soyuq çalarlardır. “İsti” insanlar günəşdə tez qaralan, qızılı bəzək əşyalarında yaxşı görünən, saç rəngi təbii olaraq qızılıdan sarıya qədər olanlardır. Göz rəngi də ton göstəricisidir. İsti tonlara qəhvəyi, kəhrəba və ya fındıq rəngləri uyğun gəlir. Bu xüsusiyyətlərə malik qadınlara adətən qırmızı, şaftalı və ya narıncı rənglər yaraşır. Tünd rəngli dodaq boyaları isə, əksinə, “dodaqların nazik görünməsinə səbəb ola” və vizual olaraq yaş əlavə edə bilər.

Soyuq dəri tonu
“Soyuq” insanlar günəşdə tez yanır və ya, əksinə, çox gec qaralır. Onlar gümüşü bəzəklərdə daha yaxşı görünür. Saç rəngi – qəhvəyi və qaradan sarıya qədər. Adətən onların gözləri mavi, boz və ya yaşıldır. Soyuq tonlu dərisi olanlara çox açıq və ya tünd çalarlardan uzaq durmaq məsləhətdir, çünki bu, görünüşə solğun və xəstə təsiri verə bilər.

Neytral dəri tonu
Neytral dəri tonuna malik insanlar adətən yavaş-yavaş qaralır və günəşdə tez yanmır. Onlara demək olar ki, istənilən hər rəngi yaraşır.

Top
0.060535907745361