kriminal.az
Fatih Terim:

Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubunun baş məşqçisi olan Fatih Terim "Qalatasaray" haqqında danışıb.

Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı "Qalatasaray"dakı illərini və bu mövsümü dəyərləndirib.

"Qalatasaray" çalışdırmaq üçün darıxdığım yeganə komandadır. Bu mövsümün çempionluq haqqı "sarı-qırmızılar"ındır. Hakimliklə bağlı deyə biləcəyim şey azdır. Hakim ya yaxşıdır, ya da pis. Yerli və ya əcnəbi olması heç nəyi dəyişmir", - deyə F.Terim bildirib.

Qeyd edək ki, Fatih Terim "Qalatasaray" klubunu sonuncu dəfə 2017-2018 mövsümündə çalışdırıb.

Top
0.050167798995972