kriminal.az
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsindən Kriminal.Az-a bildirilib.

Vurğulanıb ki, Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində adı "Qırmızı kitab"a düşən çöl quşları və balıqların qeyri-qanuni ovu ilə məşğul olan V.Məmmədli saxlanılıb.

Ondan qadağan olunan ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar və çöl quşları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.054334878921509