"Atletiko Madrid"in hücumçusu Anxel Korrea La Liqanın "Xetafe" ilə oyununda (1:2) hakimi təhqir etdiyinə görə uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.
Kriminal.Az "Marca"ya istinadən xəbər verir ki, La Liqa qaydalarına əsasən, hakimi və ya digər futbol hakimiyyətini təhqir etmək 4-12 oyunluq diskvalifikasiya ilə cəzalandırıla bilər.
87-ci dəqiqədə qırmızı vərəqə alan Korrea meydandan çıxarkən hakimin və onun anasının ünvanına sərt ifadələr işlədib. Matçın nümayəndəsi bu sözləri protokola daxil edib.