kriminal.az

Türkiyənin "Trabzonspor" komandasında baş məşqçi vəzifəsinə Fatih Tekke gətirilir.

Kriminal.Az "Haber Global"a istinadla xəbər verir ki, klub rəhbərliyi onunla danışıqlara başladığını bəyan edib.

"Trabzonspor"dan verilən məlumata görə, martın 11-də F.Tekke Trabzona gələcək. Bundan sonra tərəflər arasında müqavilənin detalları müzakirə edilərək imzalar atılacaq.

Onun bu postda martın 10-da klubla yollarını ayıran Şenol Güneşi əvəz edəcəyi gözlənilir.

Top
0.049092054367065