Bir müddət əvvəl xərçəngə yoluxduğunu açıqlayan "Victoria's Secret" mələyi Byanka Baltini həyatının ən çətin dönəmindən - xəstəliklə mübarizəsindən danışıb.
Kriminal.Az-ın məlumatına görə, 40 yaşlı italyan model paylaşımına son görüntülərini də əlavə edib.
Kadrlarda Baltinin saçlarını keçəl qırxdırdığı görünür. Baltini saçlarının tökülməsinə kədərlənmədiyini, əksinə, nəhayət gözəllik stereotiplərini qırdığı üçün özünü sərbəst hiss etdiyini bildirib.
Model oktyabrda başladığı kimyaterapiya kursunun bu yaxınlarda başa çatdığını bildirib.
"Amma böyük təəccübümə baxmayaraq, son aylarda özümü əvvəlki kimi canlı hiss edirəm", - deyə model hisslərini bölüşüb.
Xatırladaq ki, 2024-cü ilin sentyabr ayında Byanka şiddətli qarın ağrıları səbəbi ilə xəstəxanaya müraciət etdikdən sonra onkoloji xəstəlik diaqnozu qoyulduğunu açıqlamışdı. Bu diaqnoz xəstəliyin artıq digər orqanlara - limfa düyünlərinə, qaraciyərə və ya dalağa yayıldığını göstərirdi.
"Keçən bazar günü təcili yardıma getdikdən sonra qarın ağrılarımın 3-cü mərhələli yumurtalıq xərçəngi səbəbindən olduğunu öyrəndim. Qarşımda uzun bir yol var, amma bunun öhdəsindən gələcəyimi bilirəm", - deyə Baltini ilk paylaşımında bildirmişdi.
Qeyd edək ki, Byanka Baltini sonuncu dəfə cəmiyyətdə "Oscar" mərasimi sonrası keçirilən partidə "qırmızı xalı"da görünüb. Parik taxmayan modelin yeni görünüşü izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.