"Twilight" saqası və "Good Omens" serialı ilə tanınan məşhur britaniyalı aktyor Maykl Şin Uelsin 900 sakininin ümumilikdə bir milyon funt sterlinq borcunu ödəyib.
Kriminal.Az xəbər verir ki, bu barədə NME məlumat yayıb.
Ulduz bu məbləğin 100 min funt sterlinqini öz şəxsi pul ehtiyatlarından, qalan hissəsini isə maliyyə çətinliyi yaşayan insanlara kömək etmək üçün yaratdığı şirkətin hesabından götürüb. Şinin bu biznesi britaniyalıların borclarını satin alır.
Şirkət barədə daha ətraflı məlumatı aktyor "Channel 4"də yayımlanacaq "Maykl Şinin 1 milyon funt sterlinqi gizli olaraq paylaması" adlı sənədli filmdə açıqlayacaq.
Aktyorun sözlərinə görə, o, bu proqramda bankların ölkənin ən həssas təbəqələrindən necə qazanc əldə etmələri barədə danışmağı planlaşdırır.
"İnsanların bu dövrləri aşmaq üçün köməyə ehtiyacları var. İnsanlar borc burulğanına düşürlər və suyun altına sürükləndikdə, çıxmaları çox çətin olur. Buna görə də mən şirkət yaratmaq istədim: Bu məsələni və insanların vəziyyəti dəyişdirmək üçün yolları olduğunu diqqətə çatdırmağa görə", - deyə aktyor fikirlərini bölüşüb.