kriminal.az
Yurgen Klopp

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "mersisaydlılar" haqqında danışarkən "Enfild"ə qayıdacağı tarixi açıqlayıb.

Kriminal.Az xəbər verir ki, mütəxəssis bu il keçmiş klubunu ziyarət edəcəyini deyib:

"Yəqin ki, "Liverpul"un cari mövsüm Premyer Liqada keçirəcəyi son ev oyununda stadionda olacağam. Hazırda planım budur. Dürüst olum ki, "Enfild"ə (komandanın ev oyunlarını keçirdiyi stadion - red.) daha tez getmək niyyətim yoxdur. Çünki uğursuzluq gətirmək istəmirəm".

Qeyd edək ki, Klopp 2015-ci ildən ötən ilin yayınadək "Liverpul"a baş məşqçilik edib. Hazırda almaniyalı mütəxəssis "Red Bull"da futbol bölməsinin rəhbəridir.

Top
0.048736095428467