Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına dörd qarşılaşma ilə start veriləcək.
Kriminal.Az xəbər verir ki, ilk oyun günündə "Barselona" doğma meydanda "Benfika"nı Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Bakı vaxtı ilə gecəyarısı isə "Bayer Leverkuzen" klubu "Bavariya" ilə, "İnter" klubu "Feyenoord" ilə, "Liverpul" isə PSJ ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin görüşlərinə mart ayının 13-də yekun vurulacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
11 mart
Saat 21:45, "Barselona" - "Benfika".
12 mart
Saat 00:00, "Bayer Leverkuzen" - "Bavariya";
Saat 00:00, "İnter" - "Feyenoord";
Saat 00:00, "Liverpul" - PSJ.