kriminal.az
Həmkəndlisinə zor tətbiq edərək mobil telefonunu və maşınını ələ keçirdi

Qazaxda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Kriminal.Az-ın məlumatına görə, Qazax Rayon Polis Şöbəsinə naməlum şəxsin rayon sakininə zor tətbiq edərək ona məxsus mobil telefonu və idarə etdiyi VAZ-2106 markalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirməsi və hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən E.Eyvazov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Top
0.049361944198608