Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubu 19 yaşlı müdafiəçisi Yusuf Akçiçekin maaşını bir milyon Türkiyə lirəsindən 10 milyona yüksəldəcək.
Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlər" futbolçunun müqavilə müddətini isə 2023-cu ilədək uzadacaqlar.
Xatırladaq ki, İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Atletiko Madrid" və Almaniyanın "Leypziq" klubları futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Yusuf Akçiçek bu mövsüm "Fənərbağça" forması ilə 15 oyunda meydana çıxıb, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.