kriminal.az
Azərbaycanlı qadın güləşçi AVROPA ÇEMPİONU OLDU

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, Günay Qurbanova finalda italiyalı (U20) dünya və Avropa çempionu Aurora Russoya 4:0 hesabıyla qalib gələrək (U23) Avropa çempionu olub.

Top
0.051236152648926