Fransalı aktyor Vensan Kassel yeni sevgilisi Nara Baptista, həmçinin Monika Belluççidən olan qızı, 14 yaşlı Leoni ilə görüntülənib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Dailu Mail" məlumat yayıb.
Aktyor sevgilisi və qızı ilə birlikdə Braziliyada okean kənarında istirahət edərkən fotokameralara tuş gəliblər.
Xatırladaq ki, 58 yaşlı Vensan Kassel 2023-cü ilin oktyabrından braziliyalı model Nara Baptista ilə görüşür. Yanvarda cütlüyün oğlu olub.