kriminal.az
Sabiq komandası Dani Alveşdən təzminat tələb edir

Meksikanın "Pumas" futbol klubu həbsxanada olan Dani Alveşdən təzminat tələb edir.

Kriminal.Az sport.es nəşrinə istinadən xəbər verir ki, "Pumas" Alveşin zorlama işinə görə həbsxanada olmasının klubun imicinə xələl gətirdiyini iddia edir və sabiq müdafiəçidən altı milyon avro təzminat istəyir.

Alveşin məhkəməsi martın 25-də olacaq.

Dani Alveş 2022-ci ilin yayından 2023-cü ilin yanvarına qədər "Pumas"da çıxış edib. Futbolçunun həbs olunmasından sonra klub onun müqaviləsinə xitam verib. Dani Alveş 2023-cü ilin yanvarında həbs olunub.

Keçmiş braziliyalı oyunçu karyerası ərzində "Sevilya", "Yuventus", "Barselona", PSJ kimi klublarda çıxış edib.

Top
0.053745985031128