Türkiyənin "Beşiktaş" klubu gənc ulduzu Semih Kılıçsoy üçün ediləcək təklifləri dəyərləndirmək qərarına gəlib.
Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, "qara qartallar" Semih Kılıçsoyu minimum 15 milyon avroya satmaq qərarına gəliblər.
Hasan Artın prezidentlik etdiyi dövrdə "Aston Villa"nın təklifini geri çevirən "Beşiktaş" klubu "Nyukasl Yunayted"dən gələn təklifə müsbət cavab verib.
Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm "Beşiktaş" forması ilə 37 oyunda meydana çıxıb, dörd qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.