"Sportinq"in hücumçusu Viktor Qyökereşin sərbəstqalma məbləği azaldılıb.
Kriminal.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçu öz istəyi ilə klubla anlaşıb.
Qyökereşi istəyən klublar 70-75 milyon avrosundan keçməli olacaq. Oyunçunun sərbəstqalma məbləği daha öncə 100 milyon avro idi.
26 yaşlı futbolçu bu mövsüm 40 oyunda 39 qol vurub və 9 məhsuldar ötürmə edib.