kriminal.az
Orxan Məmmədov:

"Minifutbol üzrə dünya çempionatının Azərbaycanda təşkili idmanımız üçün böyük əhəmiyyət kəsb edir".

Kriminal.Az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, mundialda Azərbaycan millisinin şanslarını dəyərləndirib:

"Maraqlı qrupa düşmüşük. Ümid edirəm ki, ev sahibi komanda olaraq azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirəcəyik. Hər birimiz yığmamıza inanırıq. Bütün kollektivlərə uğurlar arzu edirəm".

Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Anar Həsənov

Top
0.051204204559326