kriminal.az
Filip Yuda:

"İlk dədə 8 il əvvəl Bakıya təşrif buyurmuşdum. Həmin vaxt Azərbaycanda minifutbolun inkişafı ilə bağlı müzakirələr aparmışdıq".

Kriminal.Az xəbər verir ki, bunu Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda bu gün Bakıda keçirilən dünya çempionatının püşkatma mərasimində deyib.

O, Azərbaycanda bu idman növünün inkişaf etdiyini və ölkəmizin dünya çempionatını yüksək səviyyədə təşkil edəcəyindən əmin olduğunu bildirib:

"Dünya Minifutbol Federasiyası adından Orxan Məmmədovu təbrik edirəm. O, minifutbolun inkişafı üçün müxtəlif tədbirlər təşkil edib. Onun səyləri dünya çempionatını Bakıya gətirdi. Biz məhz Azərbaycan paytaxtının lehinə qərar verdik. Orxan Məmmədova təşəkkür edirəm ki, minifutbolu Azərbaycanda bu cür inkişaf etdirir. Dünən ölkə çempionatının finalını izlədim. Həqiqətən də möhtəşəm idi. Bakıdakı dünya çempionatının əla təşkil ediləcəyinə inanıram. Azərbaycan Minifutbol Federasiyası tədbirin təşkilində fəal iştirak edir. Onlara uğurlar arzulayıram".

Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-nə kimi davam edəcək.

Anar Həsənov

Top
0.049256086349487