"Fənərbağça"nın hücumçusu Cenk Tosun yeni mövsümdən etibarən karyerasını Yaponiyanın "Urava" klubunda davam etdirəcək.
Kriminal.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.
Cenk Tosun "Urava" ilə iki illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm "Fənərbağça" forması ilə ümumilikdə 17 oyunda meydana çıxıb, iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.