kriminal.az

Fransanın "Lion" klubunun futbolçusu Rayan Çerki UEFA Avropa Liqasında yeni rekorda imza atıb.

Kriminal.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna martın 13-də Rumıniyanın FCSB komandasını evdə 4:0 hesabı ilə məğlub edərək, (ilk oyun - 3:1) növbəti mərhələyə adladıqları 1/8 final mərhələsinin cavab oyununda nail olub.

Fransalı oyunçu görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da Çerki Avropa Liqasında bir mövsümdə səkkiz məhsuldar ötürmə edən ilk oyunçu olub.

Qeyd edək ki, "Lion" Avropa Liqasının 1/4 finalında İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.

Top
0.054362058639526