kriminal.az
İtaliya A Seriyası:

İtaliya A Seriyasında 29-cu turun növbəti oyunu keçirilib.

Kriminal.Az xəbər verir ki, "Milan" doğma meydanda "Komo" ilə qarşılaşıb. İlk qolu qonaq komanda vursa da, ikinci hissədə ev sahibi 2 dəfə fərqlənərək oyunu qələbə ilə başa vurub - 2:1.

Bu nəticədən sonra xallarını 47-yə çatdıran "Milan" 7-ci pilləyə yüksəlib. Qonaqlar isə 29 xalla 13-cü yerdədir.

Top
0.051790952682495