İngiltərə Liqa Kuboku uğrunda final matçı baş tutub.
Kriminal.Az xəbər verir ki, mükafat uğrunda həlledici qarşılaşmada kubokun ötənilki qalibi "Liverpul"la "Nyukasl" üz-üzə gəliblər.
Londondakı Uembli stadiounda keçirilən oyun "sağsağanlar"ın üstünlüyü ilə yekunlaşıb - 1:2.
Beləliklə də, "Nyukasl" İngiltərə Liqa Kubokunun yeni sahibi olub.