kriminal.az
A Seriyası:

İtaliya A Seriyasının lideri "İnter" "Atalanta"nın qonağı olub.

Kriminal.Az xəbər verir ki, matç 29-cu tur çərçivəsində Berqamoda baş tutub.

Çempionluğa iddialı iki klubun qarşılaşmasında azarkeşlər yalnız qonaq komandanın qollarına şahidlik ediblər.

54-cü dəqiqədə Çalhanoğlunun ötürməsini Auqusto qola çevirərək hesabı açıb. 81-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. 6 dəqiqə sonra isə Martinez fərqi artırıb - 0:2.

Oyunun sonlarında hakim daha 2 dəfə cibindən qırmızı vərəqə çıxarıb. Lakin bu, görüşün nəticəsinə təsir etməyib.

Bu qələbədən sonra "İnter" 64 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi "Napoli"ni 3 xal qabaqlayır. "Atalanta" isə 58 xalla ilk 3-lüyü qapayır.

Top
0.054527044296265