kriminal.az
Messi Argentina millisinin heyətinə düşə bilmədi

Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin Uruqvay və Braziliya ilə oyunları üçün milli komandanın heyətinə daxil edilməyib.

Kriminal.Az championat.com-a istinadən xəbər verir ki, ulduz hücumçunun Argentina milli komandasının yekun siyahısına daxil edilməməsinə onun MLS-də "Atlanta Yunayted" ilə oyunda aldığı bud əzələsi zədəsi səbəb olub.

Qeyd edək ki, Messi Argentina milli komandasının heyətində 2026-cı il Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində artıq 9 oyun keçirib və bu oyunlarda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Hazırda Argentina milli komandası seçmə mərhələnin cədvəlində 12 oyundan 25 xal toplayaraq liderlik edir. İkinci yerdə 20 xalla Uruqvay milli komandası qərarlaşıb.

Top
0.052706956863403