kriminal.az
Joze Mourinyo bu dəfə Yusuf ən-Nəsiri ilə mübahisə edib

"Fənərbağça"da baş məşqçi Joze Mourinyo ilə futbolçular arasında "soyuq müharibə" gedir.

Kriminal.Az xəbər verir ki, Alan Sent-Maksimenlə problem yaşayan portuqaliyalı mütəxəssisin Yusuf ən-Nəsiri ilə də münasibətləri korlanıb.

İddiaya görə, mərakeşli hücumçu sosial şəbəkə hesabında Mourinyonu izləmədən çıxarıb.

Forvardın bu addımı hansı səbəbdən atdığı hələlik bəlli deyil.

Top
0.05102801322937