Bərdədə gənc qız intihar edib.
Kriminal.Az-ın əldə etdiyi məlumata görə, o, intihar məqsədilə özünü su kanalına atıb.
Fövqəladə Hallar Nazirliyindən Kriminal.Az-a bildirilib ki, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.