kriminal.az
Biznesmeni qisas zəminində öldürən şəxsə 11 il həbs cəzası verildi

Ötən ilin avqustunda Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü ov tüfəngi ilə güllələyərək qətlə yetirən şəxsə hökm oxunub.

Kriminal.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hadisəni törədən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadəyə 11 il həbs cəzası verilib.

Bildirilib ki, hadisə qisas zəminində törədilib. 2023-cü ilin noyabrında Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Buna səbəb isə Ruhullanın qardaşının Pərvizin qohumu olan qadınla boşanması və mülkiyyət davası olub.

Atasının qisasını almaq istəyən Ruhulla daha sonra Pərvizin bizneslə məşğul olan və Bakı kəndlərində "Amin Mərdəkanski" adı ilə tanınan qardaşı Amin Xudaverdiyevi izləməyə başlayıb. O, Aminin sahibi olduğu çimərlikdəki obyektdə tək olduğunu görərək silahla içəri daxil olub və atəş açaraq onu öldürüb.

Top
0.055824995040894