"Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu "Real Madrid"ə qayıda bilər.
Kriminal.Az "El Gol Digital" nəşrinə istinadən xəbər verir ki, "Real"ın 40 yaşlı futbolçunu bu ilin yayında keçiriləcək klublararası dünya çempionatında oynaya bilməsi üçün icarəyə götürmək ehtimalı var. Belə olan halda Ronaldu karyerasında ilk dəfə dünya çempionu olmaq şansı qazanacaq.
2024/25 mövsümündə Kriştianu Ronaldu klub səviyyəsində 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.