kriminal.az

Almaniyanın "Bayer Leverkuzen" komandası futbolçusu Florian Virtsə yeni müqavilə təklif edib.

Kriminal.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı danışıqlar olub. Yeni sözləşmə üç il müddətinə nəzərdə tutulub.

Futbolçuya qərar vermək üçün bir ay vaxt verilib.

Almaniya millisinin yarımmüdafiəçisi bu müqaviləyə imza atarsa, 120 milyonluq sərbəst qalma bəndi avtomatik olaraq aktivləşəcək.

Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində keçirdiyi 39 oyunda 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Top
0.053389072418213