"Milan" Teo Ernandesə yeni müqavilə təklif etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazetta dello Sport" nəşri yazıb.
27 yaşlı müdafiəçinin Milan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. "Rossonyerilər" yayda fransalı futbolçuya gələcək təklifləri dəyərləndirəcəklər. Teonun transfer dəyəri 50 milyon avro məbləğində qiymətləndirilir.
Qeyd edək ki, Ernandes 2018-ci ildən "Milan"ın formasını geyinir. O, komandanın heyətində 252 oyunda 33 qol vurub, 44 məhsuldar ötürmə verib.