kriminal.az
İki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb

Ötən gün iki nəfərə Həsən Zaur oğlu Abdullasoylu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, H.Abdullasoylu Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyi ixtisası üzə ikinci kursda təhsil alır.

Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Turan Aqşin oğlu Şirinova və 2005-ci il təvəllüdlü Yaqub Elnur oğlu Allahverdiyevə bıçaq zərbələri endirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.

Top
0.051631927490234