Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində altı oyun baş tutacaq.
Oxu.Az xəbər verir ki, Kipr San-Marinonu, Andora Latviyanı, İngiltərə Albaniyanı, Malta Finlandiyanı, Polşa Litvanı, Rumıniya Bosniya və Herseqovinanı qəbul edəcək.
Qeyd edək ki, martda keçiriləcək görüşlərə ayın 25-də altı oyunla yekun vurulacaq.
21 mart
Saat 21:00, Kipr - San-Marino;
Saat 23:45, Andora - Latviya;
Saat 23:45, İngiltərə - Albaniya;
Saat 23:45, Malta - Finlandiya;
Saat 23:45, Polşa - Litva;
Saat 23:45, Rumıniya - Bosniya və Herseqovina.