kriminal.az
Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ondan dörd kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Top
0.05101490020752