Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, 1994-cü il təvəllüdlü V.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.