Mövsümün sonunda "Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını Meksikada davam etdirə bilər.
Oxu.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Amerika" klubu argentinalı vingeri heyətinə qatmaq istəyir.
Meksikalılar Di Mariya ilə danışıqlara start verib. "Amerika" 37 yaşlı futbolçuya illik üç milyon dollar maaş verməyə hazırdır.
Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 14 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.