Gəncədə bıçaqlanma hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, dünən saat 02 radələrində Nahid Səyyadov Gəncə şəhər "Yeni qəsəbə 1500" yaşayış massivi ərazisində tanışı Vasif Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.
Bu zaman Nahid Səyyadov üzərində olan bıçaqla Vasif Məmmədovun qarın nahiyəsinə qəsdən zərbə vurub ona xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Nahid Səyyadovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.