Mingəçevirdə kişi meyiti aşkarlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyit şəhərin Boşçalı bağ massivi adlanan ərazisində aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, meyit əslən Tovuz rayonu Aşağı Ayıblı kəndindən olan və Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 11/19 mənzil 30 ünvanında yaşamış, 1972-ci il təvəllüdlü Mehman Vəli oğlu Yusifova məxsusdur.
Meyitin üzərində heç bir zorakılıq əlaməti olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.