kriminal.az
Qrenlandiyanın hökumət başçısı Trampın nazirlərinin adaya səfərinə sərt etiraz edib

Danimarkanın tərkibində muxtariyyət statusuna malik Qrenlandiyanın Baş naziri Mute Eqede bildirib ki, ABŞ Prezidenti Donald Tramp Administrasiyası nümayəndələrinin adaya planlaşdırdığı səfər Vaşinqtonun öz təzyiqlərini artırmaq cəhdidir.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

"ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin Qrenlandiyada nə işi ola bilər? Yeganə məqsəd üzərimizdə güc nümayiş etdirməkdir", - deyə M.Egede ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun və ABŞ-nin energetika naziri Kris Raytın bu həftənin sonunda Qrenlandiyaya planlaşdırdığı səfərə münasibət bildirərkən deyib.

Qrenlandiya rəsmisi bildirib ki, Mayk Uoltsun səfəri Vaşinqtonun adaya təzyiqini artıracaq.

Məlumat üçün qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin xanımı Uşa Vensin də sıralarına daxil olacağı nümayəndə heyəti martın 27-29-da Qrenlandiyaya səfər edəcək. Bu barədə Ağ Evin Mətbuat Xidmətinin yaydığı bəyanatda bildirilib.

Xatırladaq ki, martın 13-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı ölkəsinin Danimarkanın muxtar ərazisi olaraq ilhaq etməyi planlaşdırdığına dair əminliyini ifadə etmişdi. O, jurnalistin Qrenlandiyanın potensial ilhaqı ilə bağlı sualına - "Bəli, düşünürəm ki, baş verəcək", - deyə cavab vermişdi.

Top
0.071520805358887