Populyar süni intellekt çatbotu “ChatGPT” hazırda bütün dünyada giriş problemləri ilə üzləşir.
Kriminal.az xəbər verir ki, istifadəçilər platformada "nəsə xəta baş verib" kimi mesajla qarşılaşıb.
“ChatGPT”nin niyə giriş üçün bağlandığı və onun yenidən nə vaxt aktiv olacağı hələlik aydın deyil.
“OpenAI” hələ ki, problemin səbəbi və onun həlli səyləri ilə bağlı rəsmi açıqlama verməyib.
Həmidə İbrahimova