kriminal.az
Azərbaycan Qran Prisinin bir həftə gec başlayacaq

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il Formula 1 təqvimini açıqlayıb.

Kriminal.az xəbər verir ki, 76-cı mövsüm də 24 mərhələdən ibarət olacaq.

İlk mərhələ martın 8-də Avstraliyada, sonuncusu dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə olacaq.

Təqvimdən İmola çıxıb, yerinə Madrid mərhələsi daxil olub.

Azərbaycan Qran Prisi 25 - 27 sentyabra təsadüf edəcək.

Qeyd edək ki, bu il analoji yarış 17 - 19 sentyabrda olacaq.

Top
0.056733131408691