Türkiyəli məşhur müğənni Volkan Konakın Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yerə yıxılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, səhnədə ikən sənətçiyə ilkin tibbi yardım göstərilib.
Vəziyyəti pisləşən Volkan Konak daha sonra xəstəxanaya aparılıb və onun müalicəsinə başlanılıb. Sənətçinin səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Onun infarkt keçirdiyi ehtimal edilir.
Pərəstişkarları və sevənləri Volkan Konakın ən qısa zamanda sağlamlığına qovuşacağına ümid edirlər.