kriminal.az
Deputatdan vətəndaşları iş adı ilə Avropaya aparanlarla bağlı təklif

Son zamanlar dələduzlar vətəndaşları xaricdə iş adı ilə Avropa ölkələrinə aparıb onları taleyin ümidinə buraxırlar və bu məsələdə daha ciddi tədbirlərin görülməsinə və vətəndaşların hüquqlarının qorunmasına ehtiyac var. 

Kriminal.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu dələduzlar müxtəlif vasitələrlə viza əldə edilməsinə kömək edir, yaxud vətəndaş yüksək məbləğ ödəyərək əyri yollarla viza əldə edərək xarici ölkəyə gedir və aldadıldığını görür. “Bu problemə qarşı ciddi mübarizə aparmalıyıq”, - o vurğulayıb.

O eyni zamanda fürsətdən istifadə edərək Daxili İşlər Nazirliyinin fəaliyyətini təqdir edərək deyib ki, bu qurumun ölkəmizin sabitliyi, vətəndaşlarımızın təhlükəsizliyi və hüquq-mühafizə sistemimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi əzmkarlıq xüsusi qeyd olunmalıdır.

Mürtəza
Kriminal.az

Top
0.057939052581787