Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir.
Kriminal.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, Qlobal Cənub təkcə coğrafi yox, həm də siyasi anlayışa çevrilib:
"Qlobal Cənubda bu günə qədər solçu ideologiyasının təsiri hiss edilir. Artıq Qlobal Cənub diskussiyadan əlavə konkret addımlar da atır. Qlobal Cənubun hazırda gündəliyində olan məsələlər var. Məsələn, ikili standartlar, Rusiya-Ukrayna məsələsi, qaçqınların qəbulu və s. kimi məqamlara diqqət çəkməyə çalışırlar. Bundan irəli gələn beynəlxalq hüquq məsələlərinə də diqqət yetirilir”.
F. Şəfiyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasında üç dəfə (2020-2023-cü illər) Azərbaycan əleyhinə cəhdlər olub və bu, neytrallaşdırılıb: "Bu isə Qoşulmama Hərəkatının üzvlərinin hesabına baş tutdu”.
Mürtəza
Kriminal.az