kriminal.az
Məşhur futbol klubu 150 milyon avroya SATILIR

İtaliyanın məşhur klublarından olan "Udineze" satılır.

Kriminal.az Milli.Az-a istinadən xəbər verir ki, artıq komandaya müştəri tapılıb.

"Udineze" ABŞ şirkətinə satılacaq. Bunun üçün 150 milyon avro ödəniş ediləcək.

Qeyd edək ki, Seriya A-nın ən köklü klublarından olan komandanı 39 ildir Pozzo ailəsi idarə edirdi.

Xatırladaq ki, "Udineze"1896-cı ildə yaradılıb. Onlar ardıcıl 30 mövsümdür əsas Liqada yerlərini qoruya bilirlər.

Top
0.061990022659302