Məşhur futbolçu Mahir Emreli İspaniyanın turizm adası İbizada ailəsi ilə birlikdə istirahət edir.
Kriminal.az xəbər verir ki, o, istirahətdən çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.
Fotolarda anası Elnurə, bacısı Aişə və sevgilisi Dilarə Səlim yer alıb.
Qeyd edək ki, Mahir Emreli 2024/2025 mövsümündə Almaniyanın II Bundesliqa təmsilçisi “Nürnberq” klubunda çıxış edib. Hazırda onun adı “Sankt Pauli” və “Kayzerslautern” kimi klublarla transfer şayiələrində hallanır.
Həmidə İbrahimova