"Barselona" Avropa çempionu ispaniyalı vinger Lamin Yamalla müqaviləni uzadıb.
Kriminal.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 17 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilə qədər nəzərdə tutulub.
O, bu mövsüm 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Onun əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulmuşdu.
"Transfermarkt" Lamin Yamalın transfer dəyərini 180 milyon avro qiymətləndirir.