UEFA Çempionlar Liqasının final oyunu keçirilib.
Kriminal.az xəbər verir ki, həlledici qarşılaşmada Fransanın PSJ və İtaliyanın “İnter” komandaları qarşılaşıb.
Münxen Arenada baş tutan matç italiyalıların darmadağını ilə başa çatıb – 5:0.
Bununla da Fransa təmsilçisi tarixində ilk dəfə qitənin nüfuzlu turnirinin qalibi olub.