Rafael Nadalın raketkasi "Prestige Memorabilia" hərracında 157.3 min dollara satılıb.
Kriminal.az xəbər verir ki, ispaniyalı tennisçi bu raketka ilə 2017-ci ildə "Rolan Qarros"un finalında çıxış edib.
Həmin oyunda o, Sten Vavrinkanı (6:2, 6:3, 6:1) məğlub edib və bu turnirdə onuncu titulunu qazanıb.
Qeyd edək ki, bu, hərracda idiyədək satılan ən bahalı raketkadır. Əvvəlki rekord da Nadala məxsus idi. 2022-ci ildə Avstraliya açıq çempionatının finalında Daniil Medvedevə qarşı (2:6, 6:7(5), 6:4, 6:4, 7:5) istifadə etdiyi raketka 139.7 min dollara satılmışdı.(oxu.az)