Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Kriminal.az , olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.
Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.